"Barselona", "Çelsi", "Bavariya"dan qələbə, "Mançester Yunayted"dən geridönüş

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.

Sportline.az xəbər verir ki, son olaraq E, F, G və H qruplarında ümumilikdə 6 qarşılaşma baş tutub.

E qrupunda Almaniya "Bavariya"sı Portuqaliyada "Benfika"ya böyük hesabla qalib gəlib.

F qrupunda "Mançester Yunayted" İngiltərədə İtaliya "Atalanta"sını sınağa çəkib. İlk hissədən sonra hesabda geridə olan "qırmızı şeytanlar" ikinci yarıda 3 qol vuraraq, əzmkar qələbə qazanıblar. Bu qrupun digər oyununda "Yanq Boyz" İsveçrədə İspaniyanın "Vilyarreal"ına uduzub.

G qrupunda İspaniya "Sevilya"sı Fransada "Lill" klubu ilə qolsuz heç-heçəyə razılaşıb.

H qrupunda turnirin son qalibi olan "Çelsi" İngiltərədə İsveç "Malmö"sünü darmadağın edib. Digər görüşdə isə İtaliya "Yuventus"u Rusiyada "Zenit"i çətinliklə məğlub edib.

Çempionlar Liqası

III tur

20 oktyabr

E qrupu

20:45. "Barselona" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:0 

Qol: Jerar Pike, 36

23:00. "Benfika" (Portuqaliya) - Bavariya" (Almaniya) - 0:4

Qollar: Leroy Sane, 70; 85, Everton, 80 (avtoqol), Robert Levandovski, 82

Xal durumu: "Bavariya" - 9, "Benfika" - 4, "Barselona" - 3, "Dinamo" - 1.

F qrupu

23:00. "Yanq Boyz" (İsveçrə) - "Vilyarreal" (İspaniya) - 1:4

Qollar: Meşak Elia, 77 - Yeremi Pino, 6, Jerar Moreno, 16, Alberto Moreno, 88, Samuel Çukvueze, 90+2

23:00. "Mançester Yunayted" (İngiltərə) -  "Atalanta" (İtaliya) - 3:2

Qollar: Markus Reşford, 53, Harri Maquayr, 75, Kriştianu Ronaldu, 81 - Mario Paşaliç, 15, Merih Demiral, 29

Xal durumu:  "Mançester Yunayted" - 6, "Vilyarreal" - 4, "Atalanta" - 4, "Yanq Boyz" - 3.

G qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Volfsburq" (Almaniya) - 3:1

Qollar: Kərim Adeyemi, 3, Noa Okafor, 65; 77 - Lukas Nmeça, 15

23:00. "Lill" (Fransa) - "Sevilya" (İspaniya) - 0:0

Xal durumu: "Zaltsburq" - 7, "Sevilya" - 3, "Lill" - 2, "Volfsburq" - 2.

H qrupu

23:00. "Çelsi" (İngiltərə) - "Malmö" (İsveç) - 4:0

Qollar: Andreas Kristensen, 9, Jorjinyo, 21 (pen.); 57 (pen.), Kay Haverts, 48

23:00. "Zenit" (Rusiya) - "Yuventus" (İtaliya) - 0:1

Qol: Deyan Kulusevski, 89

Xal durumu: "Yuventus" - 9, "Çelsi" - 6, "Zenit" - 3, "Malmö" - 0