"Barselona" De Yonqla bağlı qərar verdi

"Barselona" yarımmüdafiəçi Frenki de Yonqu heyətdə saxlamaq niyyətindədir.

Sportline.az xəbər verir ki, kataloniyalılar bununla bağlı qərar qəbul ediblər.

Klub rəhbərliyi niderlandlı futbolçu ilə 2025/2026 mövsümünün sonunda yekunlaşacaq müqavilənin müddətini artırmağı planlaşdırır.

"Sport.es"in yaydığı məlumata görə, De Yonq klubun bu təklifinə cavab verməyə hələ ki, tələsmir.

Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi 2019-cu ildən "Barselona"nın şərəfini qoruyur.