"Barselona" "Fənərbağça"nın gənc ulduzu ilə maraqlanır
"Fənərbağça"nın futbolçusu Arda Gülərlə İspaniyanın "Barselona" klubu yaxından maraqlanır.
Sportline.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. Kataloniya təmsilçisi məşhurlaşmadan öncə gənc talantları heyətinə cəlb etməyi planlaşdırır. Klub Pedri kimi bir neçə futbolçunu transfer etmək istəyir.
"Fənərbağça" isə Arda Güləri 20 milyon avrodan aşağı məbləğə satmağı düşünmür. "Barselona"nın Ardanın transferi üçün əlindən gələn hər şeyi edəcəyi bildirilir.
Qeyd edək ki, 18 yaşlı yarımmüdafiəçi cari mövsüm 11 matça çıxıb, 2 qol və 1 assistə imza atıb. "Transfermarkt"də gənc futbolçunun satış qiyməti 11 milyon avro civarındadır.