“Barselona” gözünü “Qalatasaray”ın ulduzuna dikdi

"Barselona" klubu "Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimheni xidmətində maraqlıdır. 

Sportline.az xəbər verir ki, bu iddia ilə İspaniya mediası çıxış edib.

Avropa nəhənginin Osimheni mövsümün sonunda öz heyətinə qatmaqda israrlı olduğunu yazıb. 

Məlumatlara görə, "Qalatasaray"ın Osimhen üçün 150 milyon avro qiymət təyin etməsi "Barselona"nı çıxılmaz vəziyyətdə qoyub.