"Barselona" ispaniyalı futbolçusunu satacaq
"Barselona" ispaniyalı futbolçusu Ferran Torreslə yollarını ayıracaq.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Torresi 30 milyon avro qarşılığında satmağa hazırdır.
25 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Torres bu mövsüm çıxış etdiyi 32 matçda 13 qol və 3 asistlə yadda qalıb.
Onun "Barselona" ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Ferran Torreslə "Aston Villa", "Liverpul" və "Mançester Yunayted" yaxından maraqlanır.