"Barselona" isveçli futbolçu üçün hərəkətə keçib

"Barselona" "Nyukasl Yunayted"in isveçli futbolçusu Aleksander İsak üçün hərəkətə keçib.

Sportline.az jurnalist Kris Vautun məlumatına istinadən xəbər verir ki, Kataloniya klubu yayda İsak "Nyukasl"a rəsmi təklif göndərəcək.

25 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 33 matçda 23 qol və 5 asistlə yadda qalıb.

Qeyd edək ki, "Nyukasl"ın rəhbərliyi İsak üçün ən azı 100 milyon avro tələb edir.