"Barselona" o futbolçuya güvənmir
"Barselona" niderlandlı futbolçusu Frenki De Yonqu satışa çıxarıb.
Sportline.az insayder Migel Rikonun məlumatına istinadən xəbər verir ki, De Yonqun yanvar ayında klubdan ayrılma ehtimalı böyükdür.
"Barselona" klubunun rəhbərliyi 27 yaşlı futbolçuya güvənmir. Onun çıxışından prezident Laporta narazıdır.
Qeyd edək ki, Frenki De Yonqun hazır ki dəyəri 60 milyon avrodur. "Barselona" bu məbləğ qarşılığında təcrübəli futbolçunu satacaq.
Yarımmüdafiəçinin İspaniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
O cari mövsüm çıxış etdiyi 13 matçda 1 qol və 1 asistlə yadda qalıb.