"Barselona" Qaviyə əvəzləyici tapıb

"Barselona" rəhbərliyi millinin düşərgəsindən zədəli dönərək uzun müddət yaşıl meydandan kənarda qalacaq Qaviyə əvəzləyici axtarışını başa vurub.

Sportline.az AS nəşrinə istinadla xəbər verir ki, kataloniyalılar "Liverpul"un yarımmüdafiəçisi Tyaqo Alkantaranın xidmətində maraqlıdırlar.

Tərəflər arasında ilkin danışıqların müsbət nəticələndiyi bildirilir.

Qeyd edək ki, "Liverpul" rəhbərliyinin də 32 yaşlı Alkantara ilə vidalaşmağa hazır olduğu deyilir.