"Barselona" rəsmiləri təcili iclas təyin ediblər

“Barselona” klubunun rsəmiləri baş məşqçi məsələsini müzakirə etmək üçün iclas təyin ediblər.

Sportline.az ntvspor.net-ə istinadla xəbər verir ki, "kataloniyalılar" təcrübəli mütəxəsis Xavi Ernandezin istefasının ardınca yeni baş məşqçi axtarışlarına başlamışdılar.

Komanda rəsmiləri bu gün bir araya gələrək baş məşqçini postunda saxlmaq barədə məsələni müzakirə edəcəklər.

Qeyd edək ki, Xavi Ernandez isə komandadan qəti olaraq ayrılmaq istədiyini bildirib.