"Barselona" "Valensiya"ya rəqib oldu
İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.
SportLine.az xəbər verir ki, yarışın əsas favoriti - "Barselona" finala vəsiqə uğrunda "Valensiya" ilə qarşılaşacaq. Digər görüşdə isə "Sevilya" "Leqanyes"in müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, ilk oyunlar yanvarın 31-də, cavab matçları isə fevralın 7-də keçiriləcək. "Barselona” və "Leqanes” ilk görüşdə meydan sahibi olacaq.