"Barselona" və "Atletiko Madrid" transfer yarışına girib

"Arsenal"ın qanalı yarımmüdafiəçisi Tomas Parti karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, "Barselona" və "Atletiko Madrid" Parti ilə yaxından maraqlanır.

31 yaşlı futbolçunun "Arsenal"la müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Parti bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 3 qol və 3 asistlə yadda qalıb.