"Barselona" yeni qapıçı axtarışına çıxıb
"Barselona" yay transfer pəncərəsində heyətinə yeni qapıçı transfer etmək niyyətindədir.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Barselona" "Lill"in futbolçusu Lukas Şovalyeni heyətinə qatmaq istəyir.
Mənbənin bildirdiyinə əsasən, Katalonlar oyunçunun meneceri ilə təmasa keçib.
"Real Madrid"də Şovalye ilə yaxından maraqlanır.
Qeyd edək ki, 23 yaşlı oyunçunun Fransa klubu müqaviləsi 2027 ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Onun transfer qiyməti 30 milyon avro olaraq qiymətləndirilir.