"Barselona"da yeni müqavilə
"Barselona" gənc futbolçusu Mark Bernal ilə yeni müqavilə imzalayıb.
Sportline.az AS nəşrinə istinadla xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi 2026-ci ilə qədər Kataloniya klubunun şərəfini qoruyacaq.
Barselona futbolçunun transfer dəyərini 500 milyona avro olaraq təyin edib.
Qeyd edək ki, bu mövsümdən etibarən "Barselona"nın əsas komandasında çıxış edən Bernal 3 oyunda meydana çıxıb.