“Barselona”da yeni müqavilə

“Barselona” ispaniyalı müdafiəçisi Erik Qarsiya ilə müqavilənin müddətini uzadıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulmuş yeni sözləşməyə qol çəkib.

24 yaşlı stopper bu mövsüm 20 rəsmi matçda iştirak edib 1 qol, 1 asist müəllifi olub.

Qeyd edək ki, E.Qarsiya “Barselona”nın öz yetirməsidir. Sözügedən oyunçu 2017-2021-ci illər ərzində “Mançester Siti”də çıxış edib.