“Barselona”da yeni müqavilə

"Barselona" niderlandlı futbolçusu Frenki De Yonqla yola davam edəcək.

Sportline.az xəbər verir ki, Kataloniya klubu 28 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin iyun ayına qədər müqavilə bağlayıb.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, F.De Yonq cari mövsüm meydana çıxdığı 8 matçda 1 asistlə yadda qalıb.