"Barselona"dan 110 milyon avroluq transfer
"Nyukasl Yunayted"in isveçli futbolçusu Aleksander İsak "Barselona"nın əsas transfer hədəfinə çevrilib.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu mövsümün sonunda İsak üçün "Nyukasl"a rəsmi təklif göndərəcək.
"Barselona"nın rəhbərliyi bu keçid üçün qarşı tərəfə 110 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, İsak 2022-ci ilin yayında "Real Sosyedad" klubundan "Nyukasl Yunayted"ə 70 milyon avro qarşılığında transfer olmuşdu.
O, cari mövsümdə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 33 matçda 23 qol və 28 asistlə yadda qalıb.
Xatırladaq ki, İsak karyerası ərzində "AİK", "Villem" və "Borussiya Dortmund" kimi klublarda çıxış edib.