"Barselona"dan yeni həmlə

"Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz "Barselona"nın əsas transfer hədəfinə çevrilib.

Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu mövsümün sonunda L.Diaz üçün "Liverpul"a rəsmi təklif göndərəcək.

28 yaşlı vinger "Barselona"da çıxış etməyə müsbət yanaşır. Onun "Liverpul"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Luiz Diaz bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 13 qol və 5 məhsuldar ötürmə müəllifi olub.