"Barselona"nın bəxti gətirdi"

"Barselona" güclü komandadır, rəqibə təbriklərimi çatdırıram".  

Sportline.az xəbər verir ki, bu fikirləri "Barselona" ilə matçdan sonra "Atletiko"nun baş məşqçisi Dieqo Simeone səsləndirib.  

"Barselona" bəxtini də yanına aldı. Qələbə bizim də əlimizdən gələ bilərdi, lakin sürətli hücumlarımız zamanı yaranan imkanlardan düzgün istifadə edə bilmədik.  Hesab 2:0 olaraq qala bilməzdi. Rəqib əlverişli vəziyyətdən yararlanaraq fərqi azaldıb və "Barselona" kimi güclü bir komanda üçün bu, əlavə motivasiya oldu. 

Qeyd edək ki, "Barselona" səfərdə "Atletiko Madrid"i 4:2 hesabı ilə məğlub edib.