"Barselona"nın gözü 18 yaşlı futbolçunun üzərindədir

"Barselona" "Rasinq Santander"in futbolçusu Serxio Martinezi heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Diario As" nəşri məlumat yayıb.

İspaniya U19 millisinin üzvü bu mövsüm meydana çıxdığı 16 matçda 1 asistlə yadda qalıb.

Qeyd edək ki, S.Martinezin dəyəri 500 min avrodur.