"Barselona"nın gözü "Atletiko"nun futbolçusuna düşüb

"Atletiko Madrid"in argentinalı futbolçusu Xuliyan Alvarez "Barselona"nın əsas transfer hədəfinə çevrilib.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Alvarezi transfer etmək üçün hərəkətə keçib.

25 yaşlı futbolçunun "Atletiko Madrid"lə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Alvarez bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 47 matçda 24 qol və 5 asistlə yadda qalıb.

Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 90 milyon avro olaraq qiymətləndirilir.

Xatırladaq ki, Alvarez 2024-ci ilin yayında "Mançester Siti"dən "Atletiko Madrid"ə 75 milyon avro qarşılığında transfer olmuşdu.