"Barselona"nın gözü o futbolçunun üzərindədir

"Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, "Barselona" Diazı transfer etmək üçün hərəkətə keçib.

28 yaşlı vingerin hazır ki dəyəri "Transfermarkt" portalına görə 85 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Luiz Diaz bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 13 qol və 5 asistlə yadda qalıb.