"Barselona"nın yeni transfer hədəfi
"İnter"in fransalı futbolçusu Markus Turam karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, "Barselona" Turamın xidmətində maraqlıdır. İspaniya klubunun rəhbərkiyi M.Turam üçün "İnter"ə 80 milyon avro ödəməyə hazırdır.
Tərəflər arasında danışıqlar davam edir.
Turamın "İnter"lə 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 21 matçda 12 qol və 3 asistlə yadda qalıb.