Baş məşqçi daha 3 il millidə qalır
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç yığmanı çalışdırmağa davam edəcək.
Sportline.az Xorvatiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə müqavilə uzadılıb. Onun yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Zlatko Daliç 2017-ci ildən yığmanın sükanı arxasındadır. Komanda onun rəhbərliyi altında 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında finala yüksəlib. Xorvatiya həlledici görüşdə Fransaya 2:4 hesabı ilə uduzub.