Baş məşqçi millidə qalır?
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt yığmanı çalışdırmağa davam edəcək.
Sportline.az xəbər verir ki, bu barədə mütəxəssis özü açıqlama verib. O, DÇ-2022-nin seçmə mərhələsinin oyunlarına görə müqaviləni uzatmaq üçün danışıqları təxirə saldığını, lakin millidə qalmaq istədiyini deyib:
"Mən İngiltərə Futbol Federasiyasından danışıqları payızın sonuna qədər təxirə salmağı xahiş etdim. Çünki bu oyunlara diqqət yetirmək üçün vaxt istədim. Avro-2020-dən sonra belə bir turnirdə oynadığımıza görə çox gözəl duyğular, hisslər və yorğunluq vardı. Doğru qərarlar verdiyimə əmin olmaq istəyirəm. Hamı məni dəstəkləyir. Əsas vəzifəm isə komandanı DÇ-2022-nin final mərhələsinə çıxarmaqdır. Qarşıdakı bir neçə həftə ərzində müqavilə üçün danışıqlar aparacağıq".
Qeyd edək ki, İngiltərə yığması Avro-2020-nin ikincisi olub.