"Başakşəhər" "Beşiktaş"a bir az da yaxınlaşdı
Türkiyə Super Liqasında 30-cu tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Çempionluq uğrunda mübarizə aparan "Başakşəhər" "Antalyaspor"un qonağı olub. Matçın taleyini bir qol həll edib. 89-cu dəqiqədə fərqlənən Napoleoni İstanbul klubuna 3 xal qazandırıb.
Bu nəticədən sonra "Başakşəhər" lider "Beşiktaş"la xal fərqini 1-ə endirib.