Bastoni “Barselona”ya keçəcək?

“Barselona”nın idman direktoru Deku “İnter”in müdafiəçisi Alessandro Bastoninin yay transfer dönəmində ciddi maraq göstəriləcəyi təqdirdə “Kamp Nou”ya keçməyə hazır olduğunu bildirib.

Sportline.az xəbər verir ki, Kataloniya nəhəngi bu yay heyətinə solayaq mərkəz müdafiəçisi cəlb etməyi planlaşdırır.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Bu mövqedə “İnter”dən Alessandro Bastoni ilə yanaşı, “Mançester Siti”nin futbolçusu Yoşko Qvardiol və “Borussiya Dortmund”un müdafiəçisi Niko Şlotterbek də “Barselona”nın transfer siyahısında ön sıralarda yer alır.