"Bavariya" dünya çempionunun transferinə hazırlaşır

"Bavariya" klubu yayda hücum xəttini gücləndirəcək.

Sportline.az goal.com-a istinadən xəbər verir ki, münhenlilər bunun üçün Lautaro Martinez və ya Duşan Vlaxoviçin transferi istiqamətində hərəkətə keçiblər.

Baş məşqçi Yulian Nagelsmann daha çox argentinalı dünya çempionunun xidmətində maraqlıdır. 

"İnter"dən ayrılmaq istəyində olan Martinez çox güman ki, yeni mğvsümə "Bavariya" formasında başlayacaq.