"Bavariya" - "Mançester Siti" oyununun hakimi
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.
Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Bavariya" - "Mançester Siti" görüşü Fransa Futbol Federasiyasından Klement Turpinə tapşırılıb.
Ona Nikolya Dano, Benjamen Pajes, Jeremi Pinyar köməklik edəcək. VAR-da isə Villi Delajo və Jerom Brisar yer alacaq.
Qeyd edək ki, aprelin 19-da keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.