"Bavariya" penaltilərdə sevindi

Almaniya Super Kubokunda 2016/2017-ci il mövsümünün qalibi müəyyənləşib. SportLine.az xəbər verir ki, çempion - "Bavariya", kubokun sahibi - "Borussiya" (Dortmund) ilə üz-üzə gəlib.

Gözlənildiyi kimi, gərgin keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə dəqiqələrdə də tarazlıq pozulmadığından, penaltilər seriyasına ehtiyac duyulub. Futbol lotoreyasında isə bəxt Münhen təmsilçisinin üzünə gülüb:

05 avqust 2017
Almaniya Super Kuboku

"Borussiya" (Dortmund) - "Bavariya" - 2:2
QOLLAR:
Pulişiç, 12 (1:0); Levandovski, 18 (1:1); Obameyanq, 71 (2:1); Bürki,88/a.q. (2:2)
PENALTİLƏR: 4:5