"Bavariya" rekord yenilədi

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Benfika" ilə oyun "Bavariya" üçün əlamətdar olub. 

Sportline.az xəbər verir ki, Münhen təmsilçisi rəqibini 5:2 hesabı ilə məğlub edib. Nəticədə "Bavariya" bu mövsüm ÇL-də keçirdiyi 4 matçda vurduğu qolların ümumi sayını 17-yə çatdırıb. Bununla da klub PSJ-nin 2017/18 mövsümündəki rekordunu yeniləyib. 

Qeyd edək ki, "Bavariya" ötən gün "Benfikaya qalib gəlməklə 18 finala vəsiqəni təmin edib.