"Bavariya" Uilyamsı "qarmağına keçirib"

"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az jurnalist Kristian Folkun məlumatına istinadən xəbər verir ki, "Bavariya" Uilyamsı transfer etmək niyyətindədir.

Münhen klubunun rəhbərliyi "Atletik Bilbao"ya mövsümün sonunda rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Uilyamsın İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 matçda 9 qol və 7 asistlə yadda qalıb.

Xatırladaq ki, Niko Uilyamsla "Barselona" və "Arsenal" klublarıda yaxından maraqlanır.