"Bavariya" Uilyamsla maraqlanır

"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, "Bavariya" N.Uilyamsla yaxından maraqlanır.3

İspaniya klubunun rəhbərliyi 22 yaşlı futbolçu üçün 70 milyon avro tələb edir.

Qeyd edək ki, Uilyamsın "Atletik Bilbao" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm çıxış etdiyi 36 rəsmi matçda 9 qol və 7 məhsuldar ötürmə müəllifi olub.