“Bavariya” ulduz futbolçu ilə maraqlanır
"Bavariya" heyətini daha da gücləndirmək istəyir.
Sportline.az Sky.De saytına istinadla xəbər verir ki, “Napoli”nin ulduz futbolçusu Viktor Osimhen “Bavariya” klubun maraq dairəsindədir.
Yay transfer pəncərəsi çərçivəsində İtaliya klubuna rəsmi təklif göndəriləcəyi bildirilir.
Qeyd edək ki, Osimhen 23 oyunda 21 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.