"Bavariya"nı "Mançester Yunayted"ə dəyişə bilər
"Bavariya" fransalı futbolçusu Matyas Teli satmaq qərarına gəlib.
Sportline.az jurnalist Ceymi Ceksonun məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" M.Teli transfer etmək üçün hərəkətə keçib.
Almaniya klubu 19 yaşlı futbolçu üçün 30 milyon avro tələb edir.
Qeyd edək ki, Matyas Tel 2022-ci ilin yayında "Renn"dən "Bavariya" klubuna 20 milyon avro qarşılığında transfer olunmuşdu.
O cari mövsüm çıxış etdiyi 14 matçda 1 asistlə yadda qalıb.
Telin "Bavariya" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.