"Real" yarımfinalda
Bu gün UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək. SportLine.az xəbər verir ki, oyunlardan biri İspaniyada, digəri İngiltərə olacaq.
Madriddə "Real" "Bavariya"nı qəbul edəcək. Səfərdə 2:1 hesablı qələbəyə sevinən "kral klubu" mərhələni adlamağa daha yaxın görünür. Münhen təmsilçisi yarımfinala vəsiqə qazanmaq üçün, ən azı, iki cavabsız qolla qalib gəlməlidir.
18 aprel 2017
Çempionlar Liqası, 1/4 final (Cavab oyunu)
“Real” (İspaniya) – “Bavariya” (Almaniya) - 4:2
QOLLAR: Levandovski, 53/p. (0:1); Ronaldo, 76 (1:1); Ramos, 78/a.q. (1:2); Ronaldo, 105 (2:2); Ronaldo, 109 (3:2); Asensio, 112 (4:2)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
İlk oyun - 2:1