"Bavariya"nın ulduzu PSJ ilə oyunu buraxa bilər

"Bavariya"nın futbolçusu Leroy Sane komandanın son məşqində zədələnib.

Sportline.az AS-a istinadən xəbər veir ki, onun nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağı hələ müəyyənləşməyib. Lakin alman hücumameyilli yarımmüdafiəçinin  Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab matçında iştirakı sual atındadır.

Qeyd edək ki, sözügedən görüş martın 8-i keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşmada "Bavariya" 1:0 hesabı ilə qalib gəlib.

Banner