"Bavariya"nın ulduzu zədələndi
"Bavariya"nın futbolçusu Leroy Sane zədələnib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ötən gün Bundesliqanın 10-cu turunda "Frayburq"la matçda (5:0) bun nahiyəsindən zədə alıb. O, oyuna davam edə bilməyib və 76-cı dəqiqədə Matis Tellə əvəzlənib. Sane təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Sane bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 16 oyunda 10 qol vurub və 4 qolun ötürməsini verib.