"Bayer"in futbolçusu "Barselona"nın radarına düşüb
"Bayer"in niderlandlı futbolçusu Jeremi Frimponq karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, "Barselona" J.Frimponqu heyətinə qatmaq üçün hərəkətə keçib.
24 yaşlı futbolçunun sərbəst qalma məbləği 35 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Frimponqun "Bayer"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 47 matçda 4 qol 12 asistlə yadda qalıb.