Bekhem ilk rəsmi matçına çıxdı

Məşhur futbolçu Devid Bekhemın oğlu Romeo Bekhem ilk peşəkar matçına çıxıb. 

Sportline.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ABŞ-ın 3-cü Liqasında mübarizə aparan "Fort Loderdeyl"in heyətində "South Georgia Tormenta" ilə oyunda iştirak edib. Romeo görüşə start heyətdə çıxıb və 79-cu dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, Romeo sentyabrın 4-də sözügedən klubla sözləşmə imzalayıb 

Əlavə edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.