Belarus - Azərbaycan görüşünün məkanı bilindi
İyunun 6-da Belarus və Azərbaycan milliləri arasında keçiriləcək UEFA Millətlər Liqası görüşünün məkanı müəyyənləşib.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, C Liqasında III qrupun II tur qarşılaşması Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda təşkil olunacaq.
Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Qeyd edək ki, UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.