Belçika çempionatının oyunu azarkeşlərə görə vaxtından əvvəl başa çatıb

"Standard" və "Şarlerua" komandaları arasında Belçika çempionatının XVII tur matçı sonadək oynanmayıb.

Sportline.az xəbər verir ki, baş hakim azarkeşlərin davranışı ucbatından görüşü 87-ci dəqiqədə vaxtından əvvəl bitirmək məcburiyyətində qalıb.

Fanatlar meydana protexniki vasitələr və yad əşyalar atıblar. "Standard" tərəfdarları final fitindən sonra qonaq azarkeşlərlə dalaşıblar.

Qeyd edək ki, qarşılaşma dayandırılan vaxt "Şarlerua" 3:0 hesabı ilə öndə olub.