Belçika - İspaniya matçı terror səbəbilə baş tutmadı

Belçika və İspaniya seçmələri arasında keçirilməsi planlaşdırılan yoldaşlıq görüşü təxirə salınıb. SportLine.az xəbər verir ki, buna səbəb terror ehtimalı olub. Bir neçə gün əvvəl Parisdə baş verən hadisədən sonra hökumət Belçika Futbol Federasiyasına matçı ləğv etməyi məsləhət görüb. Federasiya bu məsləhətə əməl edib.