Belçikada karantində olan millimizlə bağlı məsləhətləşmə aparılıb

17 yaşadək futbolçulardan ibarət millimizin Belçikada keçirilən Avropa çempionatının seçmə mərhələsində keçirməli olduğu oyunlarla bağlı AFFA ilə UEFA arasında telefon rabitəsi vasitəsilə məsləhətləşmələr aparılır.

Sportline.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qəbul olunacaq yekun qərarlar oktyabrın 8-də açıqlanacaq.

Komandanın 3 futbolçusu - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) COVID-19 testi pozitiv nəticələnib.

Belçikanın daxili qanunları nəzərə alınaraq, Azərbaycan millisinin üzvləri hazırda qaldıqları hoteldə karantin rejimindədir.