Benzema "Əl-Hilal"da
"Əl-İttihad"ın forvardı Karim Benzema karyerasını "Əl-Hilal"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
38 yaşlı hücumçu "Əl-Hilal" klubu ilə 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulmuş müqaviləyə qol çəkib.
Qeyd edək ki, Benzema cari mövsüm meydana çıxdığı 21 matçda 16 qolla yadda qalıb.
