Bernardo Silva qərarını verdi
“Mançester Siti”nin portuqaliyalı futbolçusu Bernardo Silva karyerası ilə bağlı qərar verib.
Sportline.az “Mirror Football” nəşrinə istinadən xəbər verir ki, Bernardo “Mançester Siti”də qalmaq niyyətindədir.
Təcrübəli futbolçu 2026-cı ilin yayında klubdan ayrılmağı planlaşdırır.
Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən “Mançester Siti”nin şərəfini qoruyur.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 3 qol və 4 asistlə yadda qalıb.
30 yaşlı futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Bernardo Silvanın transfer qiyməti 50 milyon avro olaraq qiymətləndirilir.