"Beşiktaş"a son saniyə şoku
Türkiyə Super Liqasında 30-cu tur davam edir. SportLine.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.
Azarkeşlərin diqqəti İstanbul derbisinə yönəlib. Əzəli rəqiblər - "Beşiktaş" və "Fənərbaxça" münasibətləri birincilərin meydanında aydınlaşdırıblar.
"Qara qartal" zirvədəki yerini möhkəmlətmək, "sarı bülbül"lər çempionluq imkanlarını saxlamaq barədə düşünürdü.
Gözlənildiyi kimi, gərgin keçən matçın taleyi son saniyələrdə həll olunub. Oyun boyu daha üstün təsir bağışlayan "Beşiktaş" hesabda öndə olsa da, üstünlüyü son saniyələrdə itirib. Marselonun avtoqolu "Fənərbaxça"ya 1 xal qazandırıb.
Qeyd edək ki, "Fənərbaxça" matçı 9 nəfərlə tamamlayıb.
07 may 2017
Super Liqa, 30-cu tur
“Rizəspor” – “Bursaspor” - 6:0
“Beşiktaş” – “Fənərbaxça” - 1:1