"Beşiktaş" Kuareşmanı itirdi

"Beşiktaş" Super Liqanın son turlarını itki ilə keçirəcək. SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, "qara qartal" Rikardo Kuareşmanın xidmətindən məhrum olub.

Yarımüdafiəçinin sağ ayaq əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. 

Bu səbəbdən onun ölkə çempionatında "Qaziantepspor" və "Osmanlıspor"la görüşləri buraxacağı bildirilib.

Qeyd edək ki, “Beşiktaş” sabah səfərdə “Qaziantepspor”la qarşılaşacaq.