"Beşiktaş" Madrid klubu ilə qarşılaşacaq
Aprelin 12-də İstanbulda “Beşiktaş”la “Atletiko” (Madrid) arasında xeyriyyə oyunu keçiriləcək.
Sportline.az xəbər verir ki, bu məqsədlə aprelin 11-də Madrid təmsilçisi Türkiyəyə səfər edəcək. Oyundan əldə ediləcək bütün gəlir qardaş ölkədə zəlzələdən zərər çəkən bölgələrə yönəldiləcək.
“Türkiyə üçün birlikdə” şüarı altında təşkil olunan görüş aprelin 12-si, Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Oyun Türkiyənin NTV və “Star” kanalları vasitəsi ilə canlı yayımlanacaq.