"Beşiktaş" norveçlini heyətinə qatacaq

“Tromsö” klubunun yarımmüdafiəçisi Yens Hyertö-Dal Türkiyə Super Liqasına transfer olunmağa yaxındır.

Sportline.az xəbər verir ki, “Beşiktaş” norveçli futbolçunun keçidini artıq razılaşdırıb. Bu barədə “Foot Mercato” məlumat yayıb.

Norveç təmsilçisi İstanbul klubunun 8+1 milyon avro məbləğindəki təklifinə razılıq verib. 20 yaşlı futbolçunun yaxın günlərdə Türkiyəyə səfər edərək “Beşiktaş”la müqavilə imzalayacağı gözlənilir.

Yens Hyertö-Dal “Tromsö” akademiyasının yetirməsidir. O, əsas komandanın heyətində keçirdiyi 87 rəsmi oyunda 12 qol vurub və 9 assistlə yadda qalıb.