"Beşiktaş" və "Lion" avrokuboklardan uzaqlaşdırıla bilər
UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Lion" - "Beşiktaş" matçında yaşananlarla bağlı qərar qəbul edib. SportLine.az xəbər verir ki, ali futbol qurumu hər iki klubu şərti olaraq bir il müddətinə avrokuboklardan kənarlaşdırıb. Yəni, növbəti iki il ərzində hər iki komandanın oyunlarında oxşar hadisə təkrarlansa, qərar qüvvəyə minəcək.
Qeyd edək ki, “Lion” - “Beşiktaş” oyunundan öncə yerli və qonaq komandanın azarkeşləri arasında dava olub. Buna görə matç təxminən 50 dəqiqə gec başlayıb.